Gəncədə əlillərlə bağlı tədbir keçirilib

Gəncədə əlillərlə bağlı tədbir keçirilib

Amerika Hüquqşunaslar Assosiasiyası və Respublika Əlil Qadınlar Cəmiyyətinin \"İnkluziv ədalət" adlı layihəsi çərçivəsində əlil vətəndaşların hüquqlarının öyrənilməsinə həsr olunan seminar keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, tədbirdə bir sıra Qeyri-Hökümət Təşkilatlarının rəsmiləri və təxminən 35 əlil kateqoriyasından olan şəxslər iştirak edib.

Seminarda əsas məqsəd fiziki qüsurlu insanların hüquqlarının təbliği və onların maarifləndirilməsidir. Tədbirdə qanunvericiliyə edilən bəzi dəyişikliklər və yeni dəyişikliklərdən irəli gələn məsələlər diqqət mərkəzində olub. Mütəxəssislərin apardığı araşdırmalara görə, hazırda respublikada əlil olan vətəndaşların bəzilərinin hüququ maarifləndirilməsinə ehtiyac duyulur. Bu baxımdan analoji tədbirlərin təşkili xüsusi önəm daşıyır.

Bildirək ki, seminar Gəncədən sonra Qazax rayonunda da təşkil olunub.


İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə