“Avropa Tələbələri Forumu-Bakı” - FOTO

“Avropa Tələbələri Forumu-Bakı” - FOTO

"Avropa Tələbələri Forumu-Bakı" İctimai Birliyinin Mədəniyyət işçi qrupu "Cultural Action Day with AEGEE-Bakı" tədbirini həyata keçirib. AEGEE-Bakı-dan SİA-ya verilən məlumata görə, tədbirə 40-a yaxın iştirakçı qatılıb. Tədbir zamanı İçəri Şəhərdə yerləşən bütün müzeylərə və tarixi abidələrə ekskursiya təşkil olunub. Tədbiri təşkil etməkdə məqsəd gənclərdə muzeylərə və tarixi abidələrə marağın artırılması, tarixi yerlərə eksursiya mədəniyyətini aşılanması, tariximizin və mədəniyyətimizin təbliği idi.

Qeyd edək ki, AEGEE-Bakı Mədəniyyət işçi qrupu artıq bir ildən artıqdır ki, fəaliyyət göstərir. Fəaliyyəti dövründə dəfələrlə sərgilər və mədəniyyət günləri keçirib.

Xatırladaq ki, AEGEE-Bakı Avropanın 40-dan artıq ölkəsində 270-dən artıq şəhərində fəaliyyət göstərən və özündə 20000-dən çox tələbəni birləşdirən AEGEE-Avropa təşkilatının Bakı şəhəri üzrə yerli nümayəndəliyidir. AEGEE-Bakı 2004-cü ildən fəaliyyətə başlamış və bu günə qədər müxtəlif layihələrə 500-dən artıq yerli tələbəni cəlb edib. Təşkilatın əsas vəzifəsi Azərbaycan tələbələri ilə Avropa tələbələri arasında ünsiyyət məkanı yaratmaqla gənclərimiz arasında Avropa dəyərlərini təşviq etməkdir.



Bütün xəbərlər Facebook səhifəmizdə