Valentina Matviyenko: “Əminəm ki, Qəbələ RLS-lə bağlı razılıq əldə olunacaq”

Valentina Matviyenko: “Əminəm ki, Qəbələ RLS-lə bağlı razılıq əldə olunacaq”

Qəbələ RLS üzrə Azərbaycan və Rusiyanın müdafiə və xarici işlər nazirlikləri arasında danışıqların bir neçə mərhələsi aparılıb. SİA-nın xəbərinə görə, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib ki, bu, normal danışıqlar prosesidir. Bu məsələdə bir neçə fikir ayrılıqlarının aradan götürüldüyünü deyən V.Matviyenkonun sözlərinə görə, bəzi məsələlər qalıb ki, onlar yenidən işlənməli və razılaşdırılmış qarşılıqlı həll tapılmalıdır.

"Ona görə də mən hesab edirəm ki, razılaşmaya nail olunacaq. Mən əminəm ki, Qəbələ RLS-lə bağlı razılıq əldə olunacaq. Çünki bunda həm Rusiya, həm də Azərbaycan maraqlıdır", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə