2012-сi ilin ilk üç ayı ərzində internetdə 676,9 milyon sayt fəaliyyət göstərib

2012-сi ilin ilk üç ayı ərzində internetdə 676,9 milyon sayt fəaliyyət göstərib
"Netcraft" şirkəti internetdə fəaliyyət göstərən veb-saytların sayı haqqında aprel hesabatını dərc edib. Şirkətin məlumatına əsasən, 2012-ci il aprelin əvvəlində internetdə 676919707 sayt və bloq fəaliyyət göstərib.

Bu göstərici keçən ayla müqayisədə 32,6 milyon və ya 5,1 faiz çoxdur. SİA-nın verdiyi xəbərə görə, proqram veb-serverləri arasında ən böyük artım tempi "Apache" serverində müşahidə olunub. Server hesabat dövrü ərzində xidmət göstərdiyi hostların sayını daha 22,8 milyon artırıb və bu bazardakı payını 65,5 faizə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə