Ölkə ərazisində dumanlı hava şəraitinin müşahidə olunmasının əsas səbəbi məlum oldu
Ölkə ərazisində dumanlı hava şəraitinin müşahidə olunmasının əsas səbəbi cənub-şərq küləyinin əsməsi və rütubətli hava kütlələrinin Xəzər dənizindən əraziyə daxil olmasıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyininin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan SIA-ya verilən məlumata görə, hazırda dumanlı hava şəraiti daha çox Bakı və Abşeron yarımadasında müşahidə edilir.
Ümumilikdə isə ölkədə dumanlı hava şəraitinin aprelin 10-dək davam edəcəyi gözlənilir. Bakı və Abşeron yarımadasında aprelin 8-də də hava dumanlı olacaq. Aprelin 9-10-da isə səhər və axşam saatlarda bəzi yerlərdə havanın dumanlı olacağı proqnozlaşdırılır. Həmin günlərdə hava əsasən, yağmursuz olacaq, mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın tenperaturu gündüz 23-28 dərəcə isti olacaq.
Qeyd edək ki, aprelin 6-7-də Bakı və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə edilib.
Azərbaycan rayonlarında aprelin 9-10-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, gündüz dağlıq ərazilərdə güclənəcək. Aprelin 10-da axşam cənub küləyi qərb küləyinə keçəcək.
Aprelin 9-10-da Aran rayonlarında havanın temperaturu gecə 6-11, gündüz 25-30, dağlarda gecə 4-9, gündüz 17-22 dərəcə isti olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB