Tale Heydərov: \"Azərbaycanı dəstəkləyən lobbi qrupuna qarşı media müharibəsi aparılır\" - MÖVQE

Tale Heydərov: \"Azərbaycanı dəstəkləyən lobbi qrupuna qarşı media müharibəsi aparılır\" - MÖVQE

ASAİF-in Budapeşt Forumu Panel müzakirələri ilə işini yekunlaşdırıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, forumun sonu günü "Xaricdə təhsil alan Azərbaycanlı Gənclərin təşkilatlanma, diaspora və lobbiçilik fəaliyyətlərinin formalaşdırılması: baxış və perspektivlər", Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin rolu", "Xaricdə təhsil: insan kapitalının geri dönüşü və karyera imkanları", "Sosial şəbəkələr və KİV-in gənclərin ictiami –siyasi fəallıqlarının artırılmasındakı rolu"üzrə mövzuların müzakirəsi ilə başa çatıb.

"Xaricdə təhsil alan Azərbaycanlı Gənclərin təşkilatlanma, diaspora və lobbiçilik fəaliyyətlərinin formalaşdırılması: baxış və perspektivlər"mövzusunda keçirilən panelinin qonaqları TEAS-Avropa-Azərbaycan cəmiyyətinin təsisçisi və sədri Tale Heydərov və AAA-Azərbaycan Amerika Alyansının sədri Anar Məmmədov idi.

Tale Heydərov bildirib ki, ADR dövründə xaricə təhsil almağa göndərilmiş 100 tələbə haqqında kitab dərc etməyi planlaşdırırıq: "Ayrı-ayrı Avropa ölkələrində bu barədə araşdırma aparılır. Məhz bu mövzuda sənədli film hazırlanacaq və sənədlər toplusu nəşr olunacaq. Fəaliyyətimizin əsas məqsədi Azərbaycanın Avropaya tanınması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasıdır. Avropa–Azərbaycan Cəmiyyəti fəaliyyətinin bütün istiqamətləri üzrə, o cümlədən diaspora və lobbiçilik fəaliyyətinə dair nüfuzlu mütəxəssislər tərəfindən hazırlanmış xüsusi konsepsiyalara malikdir.Bizim fəaliyyətimizə qarşı geniş şəkildə anti- Azərbaycan qüvvələrinin fəaliyyət göstərir. Onlar Azərbaycanın artan nüfuzundan qorxaraq ölkəmizi dəstəkləyən lobbi qrupuna qarşı sözün əsl mənasında media müharibəsi aparırlar. Belə bir təbliğata hazır olmaq və lobbi qrupumuzun müdafiəsi də bizim əsas vəzifələrimizdən biridir".

Bütün xəbərlər Facebook səhifəmizdə