Ramil Usubov cənub regiounun vətəndaşlarını qəbul edib

Ramil Usubov cənub regiounun vətəndaşlarını qəbul edib

Azərbaycanın daxili işlər naziri Ramil Usubov Lənkəran Şəhər-Rayon Polis Şöbəsində Lənkəran, Masallı, Cəlilabad, Astara, Yardımlı və Lerik rayonlarının bir qrup sakinini qəbul edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, müraciətlərin operativ şəkildə həll edilməsi üçün aidiyyəti Baş İdarə və xidmət rəislərinə müvafiq tapşırıqlar verilib.

Daxili işlər naziri tərəfindən qəbul edilən 27 vətəndaşın polisin fəaliyyəti ilə bağlı müraciətlərinin tam əksəriyyəti elə yerindəcə həllini tapıb.

Bütün xəbərlər Facebook səhifəmizdə