Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin yeni inzibati binasının açılış mərasimi olub
Azərbaycanın daxili işlər naziri Ramil Usubov Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) yeni inzibati binasının açılış mərasimində iştirak edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bina ilə yaxından tanış olub.
Məlumat verilib ki, tikintisinə ötən ilin aprelində başlanmış 4 mərtəbəli inzibati binanın ümumi sahəsi 3316 kv. metrdir. Ən müasir standartlara uyğun tikilmiş binanın bütün otaqları zəruri avadanlıq, inventar və kommunikasiyalarla təchiz edilib. Yeni tikilidə 58 xidməti otaq, 95 yerlik akt zalı var. Binada ventilyasiya, mərkəzi istilik sistemi və qazanxana, rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılıb, abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib. İnzibati binada Qeydiyyat və şəxsiyyət vəsiqəsi, Dövlət Yol Polisi bölmələri, Növbətçi hissə və digər xidməti otaqlar yaradılıb.
R.Usubov növbətçi hissəyə, xidməti otaqlara, o cümlədən xüsusi avadanlıq və kompyuter sistemi ilə təchiz edilmiş tədris otağına, akt zalına, Müvəqqəti Saxlama Təcridxanasına baxış keçirib. Görülən işləri yüksək qiymətləndirən nazir şəxsi heyətin normal fəaliyyət göstərməsi üçün lazımi şəraitin yaradılmasından məmnunluğunu bildirib, tövsiyələrini verib.
Daha sonra daxili işlər naziri yeni inzibati binanın akt zalında şəxsi heyətlə görüşüb. O, əmin olduğunu bildirib ki, ŞRPŞ-nin şəxsi heyəti ölkə rəhbərliyinin diqqət və qayğısına layiqli xidməti ilə cavab verəcək, rayonda sabitliyin, əmin-amanlığın nümunəvi qorunmasına və cinayətkarlıqla qətiyyətli mübarizə işinə öz töhfəsini verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə