Tərtər çayında su çoxalıb. SİA-nın Qarabağ bürosu xəbər verir ki, çayda suyun artması kəndlilərin işinə yarasa da rəsmilər sakinləri ehtiyatlı olmağa cağırıb. Çünki ermənilər çayın qarşısını açaraq su vasitəsi ilə partlamamış hərbi sursatlar axıdır.
İşğal altında yerləşən Sərsəng su anbarından Tərtər çayının qarşısının açılması nəticəsində çayda suyun səviyyəsi xeyli artıb. Bir neçə gün əvvəl çayda saniyədə 10-15 kub su axırdısa, hazırda bu rəqəm 50 kubdan çoxdur.
Çayda suyun çoxalması təsərrüfatla məşğul olan kəndlilərin əkin suyuna olan təlabatını ödəsə də rayon rəsmiləri suvarma işində sakinləri diqqətli olmağa çağırır. Çünki ermənistan ordusu çaya partlamamış hərbi sursatlar atır. Onların bu işdə məqsədi isə Azərbaycan tərəfin su ilə axan mərmilərdən ziyan çəkməsidir.
Qeyd edək ki, Tərtər çayının suyundan 4 rayon əkin sahələrinin suvarılmasında istifadə edir. Ümumiyyətlə Qarabağ müharibəsindən sonra ermənilər çox vaxtı suyun qarşısını bağlayır.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB