Tərtər rayonunda yenidənqurma işləri davam etdirilir. SİA-nın Qarbağ bürosu xəbər verir ki, rayonda yeni parklar salınır, fontanlat tikilir, yaşıllıq zolaqları yaradılır.
Siması dəyişdirilən rayonda bayraq meydanın ətrafında yeni park salınır. 1hektara yaxın ərazisi olan park sakinlərin asudə vaxtlarını səmərəli keçməsi üçün əlverişli məkan olacaq. Rayonun girişində inşa edilən istirahət parkının yaxın vaxtlarda istifadəyə verilməsi üçün əraziyə texnika və çoxlu sayda işci qüvvəsi cəlb edilib.
Məlumat üçün bildirək ki, geniş ərazini əhatə edən parkda iki ədəd müasir şəkildə fontan qurulur. Dekorativ ağac və gül kolları ilə bəzədilən parka, eyni zamanda gecə işıqlanması üçün Türkiyədən işıq dirəkləri də gətirilib. Rayonda həmçinin magistral avtomobil yolların kənarında yeni yaşıllıq zolaqları salınaraq ağaclar əkilir.
Qeyd edək ki, bu il rayon ərazisində çoxlu sayda ağac və gül kolları əkilib ki, onların yaxşı yetişdirilməsi üçün adiyyati üzrə idarə və müəssisələrə tapşırılıb.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB