Bərdənin icra başçısı sakinlərlə görüş keçirib

Bərdənin icra başçısı sakinlərlə görüş keçirib

Bərdə rayon icra hakimiyyətinin başçısı kəndlərdə səyyar qəbul keçirib. SİA-nın Qarabağ bürosu xəbər verir ki, qəbula gələn sakinlər problemlərini rayon icra başcısının şəxsən özünə bildirib.

Rayon rəhbəri Vidadi İsayev kənd sakinlərinin problemləri ilə yerində aidiyyəti xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə kəndlərdə dinləmələ keçirib.

Rayonun Şorəlli kəndində reallaşan qəbulda 200 nəfərdən çox vətəndaş iştirak edib. Kənd sakinlərinin problemlərinin müzakirə olunduğu görüşdə onları narahat edən məsələlərin həlli yolları axtarılıb.

Kənd sakinləri şəxsi problemlərlə bərabər daha çox işıq, su və torpaq problemlərinin həlli üçün icra başcısına müraciət ediblər. Vidadi İsyev problemlərin dərhal həll edilməsi istiqamətində müvafiq idarə və müəssisə rəhbərlərinə tapşırıq verib. Rayon rəhbəri vətəndaşları əmin edib ki, ölkə başçısının tapşırıqları Bərdədə tez bir zamanda həyata keçiriləcək eyni zamanda iqtisadi-sosial, eləcə də digər problemləri həll olunacaq.


Şamxal Cəliloğlu


Bütün xəbərlər Facebook səhifəmizdə