Üç rayona qaz verilməyəcək

Bu gün ərzində təmir işləri ilə əlaqədar olaraq, "Qazıməmməd-Qazax" (I xətt) magistral qaz kəmərində təbii qaz nəqli dayandırılacaq.


"Azəriqaz" İB-dan SİA-ya verilən məlumata görə, təmir işləri zamanı Qəbələ rayonunun kənd və qəsəbələrində, Göyçay şəhərinin bir hissəsində, rayonun Qarabaqqal, Hacılıkənd, Çayarxı, Qızılağac kəndlərində, Ağdaş şəhərində (qismən) və rayonun Şəmsabad istiqamətində yerləşən 18 kəndində təbii qazın verilişində fasilələr yaranacaq.










Bütün xəbərlər Facebook səhifəmizdə