Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov Quba rayonunda bu rayon və ətraf rayonlarda yaşayan bir qrup vətəndaşı qəbul edib. SİA-nın xəbərinə görə, nazirliyin uyğun şöbələrinin mütəxəssisləri tərəfindən şikayət ərizələri araşdırılarkən, ayrı-ayrı vətəndaşların ünvanlı dövlət sosial yardımının təyinatı, əlillik qruplarının verilməsi və s. ilə bağlı qanunvericilik barədə məlumatsız olmaları səbəbindən əsassız şikayət ərizələri yazdıqları, bununla yanaşı bir sıra şikayət ərizələrində haqlı narazılıqların əksini tapdığı müəyyən edilib.
Vətəndaşların haqlı narazılığına səbəb olan hallara yol vermiş əməkdaşlarla bağlı tədbirlər görülməsi barədə tapşırıq verən nazir Fizuli Ələkbərov hər bir vətəndaşın müraciətində qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun və ədalətli həlli ilə əlaqədar müvafiq strukturlara göstəriş verib. Vətəndaşların qəbulu zamanı onlardan yoxsulluq vəziyyətindən çıxmaq üçün potensial imkanlara malik olanların gələcəkdə "Özünədəstək" proqramına cəlb edilmələri qərara alınıb.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB