Mətbuat Şurasında yazıçı Fikrət Mursaqulovun xatirəsi anılıb

Mətbuat Şurasında yazıçı Fikrət Mursaqulovun xatirəsi anılıb

Bugün Azərbaycan Mətbuat Şurasında (MŞ) yazıçı Fikrət Mursaqulovun əziz xatirəsi anılıb və şair Həzi Həsənlinin müəllifi olduğu "İşıq Əlifbası\" kitabının təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbiri giriş nitqi ilə açan MŞ-nın sədri Əflatun Amaşov mərhum yazıçının həyat və yaradıcılığına toxunaraq şair haqqında xoş xatirələrini mərasim iştirakçıları ilə bölüşüb. Bildirilib ki, Fikrət Mursaqulov 1955-ci ildə Borçalıda, Marneuli şəhərində anadan olub. Bakıda, gözdən əlil uşaqlar üçün orta internat məktəbini 1975-ci ildə bitirərək Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olunub. Qeyd olunub ki, o 1980-ci ildə universiteti bitirdikdən sonra Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin mətbəəsində ömrünün sonunadək baş redaktor vəzifəsində çalışıb: "Aşıq Ələsgərin poetikası" adlı namizədlik dissertasiyasını yazıb. Alimlik dərəcəsi alacaqdı. Yaşasaydı, görkəmli alim, tanınmış şair ola bilərdi",-deyə sədr sözlərinə əlavə edib.

Daha sonra yazıçının yaxın dostları, tələbə yoldaşları çıxış edərək maraqlı və dəyərli fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.


Bütün xəbərlər Facebook səhifəmizdə