Rauf Həsənov: \"Gənclərimiz sosial şəbəkələrdə dövlətimizə qarşı aparılan əks-təbliğata lazımı səviyyədə cavab verilməlidir\"- MÜSAHİBƏ (SƏS TV)
YAP Nəsimi rayonu təşkilatının Gənclər Birliyinin sədr müavini Rauf Həsənov və həmin təşkilatın idarə heyətinin üzvü Könül Yaqubovanın SƏS TV-yə müsahibəsi:
- Tədbirlə bağlı fikirlərinizi bölüşərdiniz...
- Rauf Həsənov: YAP Nəsimi rayon təşkilatının Gənclər Birliyinin sosial şəbəkələrdə və ictimai siyasi həyatda fəaliyyətinin tanışlığı ilə bağlı tədbir keçirildi. Tədbirdə həmçinin yeni yaradılan şəbəkənin təqdimatı da baş tutdu. Bununla yanaşı, təmsil etdiyimiz qurumun 2 il ərzində gördüyü işlərin hesabatı olub. Tədbirdə şəbəkənin təqdimatı zamanı Amerikada təhsil alan Rəhman Rəsulzadə və Türkiyədə təhsil alan Emin Əliyevlə canlı bağlantı da yaradılıb. Gənclər bu ölkələrdə Azərbaycanla bağlı müxtəlif səpkili tədbirlərin təşkilindən, fəaliyyətlərindən söz açaraq dövlətin maraqları baxımından bir sıra layihələrdə təşəbbüskar və iştirakçı olduqlarını söyləyiblər.
Könül Yaqubova: Sosial şəbəkədəki səhifəmiz və rayon təşkilatının bloqunu orada təqdim etdik. Burada maraqlı məqalələr yerləşdirilib. Belə ki, səhifənin bölmələrində təkcə YAP-ın fəaliyyəti ilə deyil, Azərbaycanın milli-mənəvi dəyərləri, milli mətbəximiz, gənclərin bədii yaradıcılığı, eyni zamanda elmi məqalələr də yer alıb. Bu şəbəkə vasitəsi ilə dünya Azərbaycan həqiqətləri, reallıqları ilə tanışlıq daha da asanlaşacaq. Şəbəkə iştirakçılarımızın sayı genişləndikcə nəyəsə nail ola bilərik.
- Gənclərin sosial şəbəkələrdəki fəaliyyəti sizi qane edirmi?
- Rauf Həsənov: Hal- hazırda gənclərin aktivliyi bizi qane etməsə də inanırıq ki, bu gələcəkdə daha yaxşı olacaq. Bu da təbii ki, bizdən asılı olan səbəbdir. Bildiyimiz kimi bugünkü dövrdə sosial şəbəkələrdə dövlətimizə qarşı antitəbliğat işləri aparılır. Gənclərimiz isə bu gün sosial şəbəkələrdə dövlətimizə qarşı aparılan əks-təbliğata lazımı səviyyədə cavab verilməlidir. Belə bir şəraitdə yaşadığımız nəzərə alınaraq YAP Nəsimi rayon təşkilatının fəalları rayon sosial şəbəkələrini yaradıblar və bu şəbəkəni inkişaf etdirmək qərarındadırlar. Əsas məqsədimiz gəncləri doğru yola çəkib, onlarda düzgün fikir formalaşdırılmasına və istiqamətlənməsinə kömək etməkdir. Onu da nəzərə alaq ki, YAP-ın tərkibinin 50 %-ni gənclər təşkil edir. Bu isə o deməkdir ki, partiyanın sıralarında on minlərlə gənc birləşib. YAP-ın sıralarında olmaq Azərbaycan gənclərinin ictimai-siyasi fəallığını artırmaq üçün böyük bir meydana çevrilib.
Könül Yaqubova: Bu kimi layihələri başqa təşkilatlarla davam etdirmək niyyətindəyik. Sosial şəbəkələrdə dövlət əleyhinə aparılan antitəbliğat işləri bütün dünya ölkələrində mövcuddur. Çalışmaq lazımdır ki, bu problemlərin aradan qaldırılması üçün gəncləri düzgün şəkildə istiqamətləndirməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB