Avropa İttifaqı Hesablama Palatasına sərbəst vəsaitlər ayıracaq

Avropa İttifaqı Hesablama Palatasına sərbəst vəsaitlər ayıracaq

Avropa İttifaqı (Aİ) Azərbaycan Hesablama Palatasına dövlət büdcəsi vasitəsilə islahatlara dəstək aləti çərçivəsində sərbəst vəsaitlər ayırmağa hazır olduğunu açıqladı. SİA-nın xəbərinə görə, Hesablama Palatasının sədri Heydər Əsədov bildirib ki, qurum beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirir: "Bu yaxınlarda İsveçrənin iqtisadi məsələlər üzrə dövlət katibliyi SECO iki milyon dollar həcmində qrantın təqdim edilməsi haqqında qərar qəbul edib. Aİ, həmçinin Hesablama Palatasına texniki kömək göstərməyə razılaşıb".

H.Əsədov qeyd edib ki, palata fəaliyyətinin digər istiqamətləri üzrə işləri davam etdirir. Onun sözlərinə görə, bu, qanunvericilik bazasının yaradılması, habelə təlim, seminarların təşkili və palatanın potensialının yüksəldilməsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə