Teleserialların çəkilişi üçün televiziyalara 500 min manat ayrıldı

Teleserialların çəkilişi üçün televiziyalara 500 min manat ayrıldı
Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. MTRŞ-dan SİA-ya verilən xəbərə görə, iclasda Milli telefilmlərin, habelə teleserialların çəkilişi ilə bağlı televiziyların hər birinə birdəfəlik müqavilə bağlanılması yolu ilə 500 000 (beş yüz min) manat məbləğində maliyyə vəsaiti (qrant) ayrılıb. Bunlara "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nə, "ANS Müstəqil Yayım və Media Şirkəti"nə, "Azad Azərbaycan Teleradio Kompaniyası"na, "Lider TV və Radio Azərbaycan" MMC-yə, "Space Müstəqil Teleradio Kompaniyası"na və "Xəzər TV" MMC daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə