“Sığorta Akademiyası” layihəsinin ikinci-praktik hissəsinə start verilib
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti "İRƏLİ" İctimai Birliyi, Standart İnsurance və Qarant Sığorta şirkətlərinin birgə həyata keçirdiyi "Sığorta Akademiyası" layihəsi davam edir. Layihə çərçivəsində ilkin birinci nəzəri hissə yekunlaşıb.
İRƏLİ-dən SİA-ya verilən məlumata görə, iştirakçılar nəzəri hissədə keçdikləri mövzular üzrə test üsulu ilə imtahan verəcək və imtahanın nəticələrinə əsasən yüksək bal toplayan iştirakçılar sığorta şirkətlərində işlə təmin olunma imkanı qazanacaqlar.
Aprel ayından layihənin ikinci-praktik hissəsinə start verilib. Bir ay müddətində davam edəcək praktik hissədə iştirakçılar ölkənin öndə olan sığorta şirkətlərində təcrübə keçmək şansı əldə edəcək və bu sahənin mütəxəssisləri ilə görüşlər təşkil olunacaq.
Aprel ayının 7-də baş tutacaq görüşdə "Qarant Sığorta" ASC-nin Anderraytinq şöbəsinin müdiri Eldar Abbaszadə, zərərlərin tənzimlənməsi departamentinin meneceri Natavan Əliyeva, satış üzrə menecer Həsən Allahverdiyev və marketinq üzrə menecer Ceyhun Qubatov iştirak edəcəklər.
Xatırladaq ki, \"İRƏLİ\" İctimai Birliyi sığorta sahəsinə böyük önəm verir. İndiyədək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti ilə birlikdə "Sığortalı gələcək", "Gənc Liderlər Üçün Qış Universiteti - Sığortalı Gələcək" layihələri həyata keçirilib.
Qeyd edək ki, \"Sığorta Akademiyası\" bu istiqamətdə həyata keçirilən sayca üçüncü layihədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB