Heydər Əsədov: “Hesablama Palatasının təqdimatı ilə büdcə təşkilatlarında çalışan 25 nəfər işdən çıxarılıb”

Heydər Əsədov: “Hesablama Palatasının təqdimatı ilə büdcə təşkilatlarında çalışan 25 nəfər işdən çıxarılıb”

Hesablama Palatasının sədri Heydər Əsədov palatanın 2011-ci ildəki fəaliyyətinin yekunları üzrə hesabatı Parlamentə təqdim edib. SİA-nın xəbərinə görə, H.Əsədov bildirib ki, 2011-ci ildə auditor yoxlamalarına təkcə təhsil, səhiyyə, mədəniyyət sahəsindəki obyektlər cəlb edilməyib. Vəsaitlərdən effektiv istifadənin yoxlanılması üçün auditin predmeti enerji kompleksi və bir sıra gizli sahələr olub. Onun sözlərinə görə, 2011-ci ildə Azərbaycan dövlətinə dəymiş ziyanı ödəmək üçün onun bank və kassa hesablarına 1,07 milyon manat həcmində vəsaitin köçürülməsi təmin olunub.

\"Əgər 2009-cu ildə Hesablama Palatası nəzarət üzrə 31 tədbir keçirmişdisə, 2010-cu ildə bu say 40-dək, 2011-ci ildə isə 46-dək artıb. Bununla yanaşı, Hesablama Palatası öz yoxlamalarının istiqamətini diversifikasiyalaşdırıb. 2011-ci ildə auditor yoxlamalarına təkcə təhsil, səhiyyə, mədəniyyət sahəsindəki obyektlər cəlb edilməyib. Vəsaitlərdən effektiv istifadənin yoxlanılması üçün auditin predmeti enerji kompleksi və bir sıra gizli sahələr olub", - deyə o əlavə edib.

Hesablama Palatasının hesabatında 2011-ci ildə keçirdiyi yoxlamalar zamanı aşkarladığı nöqsanlar barədə məlumatlar yer alıb. H.Əsədov vurğulayıb ki, palatanın təqdimatı ilə büdcə təşkilatlarında çalışan 25 nəfər işdən çıxarılıb, onlarla şəxsə töhmət verilib. Palatanın aşkarladığı nöqsanlar nəticəsində 2 iş üzrə cinayət işi açılıb və həmin işlər artıq istintaqa göndərilib. Daha 2 cinayət işi isə vergi istiqaməti üzrə olub: "2011-ci ildə Hesablama Palatasına 95 vətəndaş müraciəti daxil olub. Müraciətlərdən 50-si vəzifədən sui-istifadə, 17-si sosial məsələlərlə bağlıdır. Bu müraciətlərin əksəriyyəti vətandaşların hazırda və ya vaxtilə çalışdıqları idarə və müəssisələrdə hüquqlarının pozulması, vətəndaşların təqaüdlərinin və əmək haqlarının düzgün hesablanılmaması, sosial müavinətlərin verilməsi üçün köməkliyin göstərilməsi barədə olub. Bunlarda müvafiq qaydada baxılaraq araşdırılması üçün aidiyyəti qurumlara göndərilib" ,– deyə Hesablama Palatasının sənədində qeyd edilib. Bildirilib ki, son üç il ərzində palataya edilən müraciətlərin böyük əksəriyyəti vəzifədən sui-istifadə və sosial məsələlərlə bağlı olub".

Bütün xəbərlər Facebook səhifəmizdə