Azərbaycanlı tələbə: “Azərbaycanı Çində daha çox tanımağa başlayıblar”

Azərbaycanlı tələbə: “Azərbaycanı Çində daha çox tanımağa başlayıblar”

Avropa ilə müqayisədə, son 10 il ərzində Azərbaycanı Çində daha çox tanımağa başlayıblar. SİA-nın xəbərinə görə, bunu Çinin Tsin xua universitetində təhsil alan azərbaycanlı tələbə Vüsal Qurbanov deyib. O bildirib ki, bu gün Çində ümumilikdə 60-a yaxın tələbə təhsil alır. Tələbənin sözlərinə görə, onlardan 35-i Pekində oxuyan gənclərdir. Azərbaycanın tanıtımında tələbələrin xüsusi rol oynadığını deyən V.Qurbanov qeyd edib ki, ildə bir dəfə ay ərzində bütün universitetlərdə beynəlxalq mədəniyyət günləri keçirilir.

"Ötən il biz bir ay ərzində 5 universitetdə Azərbaycan günləri keçirdik. Azərbaycan mətbəxi, mədəniyyəti, musiqisi geniş şəkildə nümayiş olundu. Budapeştdə Xaricdə təhsil alan və məzun olmuş azərbaycanlı tələbələrin Beynəlxalq Forumundan isə tələbələr arasında şəbəkələşmə, diaspor fəaliyyətində diplomatların təcrübəsindən faydalanmanı gözləyirik", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə