Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlandı
Ekologiya və
Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd
çaylarda mövcud vəziyyəti açıqlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, hazırda Böyük Qafqazın çaylarında sululuq
ongünlük normanın 75-190, Kiçik Qafqazın çaylarında 75-80, Lənkəran-Astara
bölgəsi çaylarında 60-120, Naxçıvan MRı çaylarında isə normanın 20-25 faizini
təşkil edir.
Kür çayının aşağı axınında hazırki vəziyyətinə gəlincə isə son 3 gün ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində azalma davam etmişdir. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 74 sm, Şirvanda 55 sm, Salyanda 46 sm, Bankədə 34 sm, Araz çayının Novruzlu məntəqəsində isə 25 sm azalmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 526 sm (2011-ci il aprelin 06-da 554 sm), Şirvanda 464 sm (2011-ci il aprelin 06-da 438 sm ), Salyanda 403 sm (2011-ci il aprelin 06-da 371 sm ), Bankədə 299 sm (2011-ci il aprelin 06-da 290 sm), Araz çayının Novruzlu məntəqəsində isə 325 sm (2011-ci il aprelin 06-da 273 sm) təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB