Daşkəsən rayon Hərbi Komissarlığının həyətindən gənclərin təntənəli surətdə hərbi xidmətə yola salınması mərasimi keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15 mart 2012-ci il tarixli sərəncamı ilə ölkəmizin hər yerində olduğu kimi rayonumuzda da daşkəsənli gənclər ordu sıralarına getmək üçün çağırışa hazır vəziyyətdə gəliblər.
Səfərbərlik və hərbi xidmətə çağırış dövlət xidmətinin rayon bölməsinin rəisi vəzifəsini icra edən mayor Qulu Əsədov tədbiri açıq elan etdikdən sonra dövlət himni səsləndirilib.
Tədbiri Daşkəsən rayon icra hakimiyyətinin başçısının müavini Cavanşir Qocayev açaraq vətənin keçiyində dayanmağın necə şərəfli peşə olmasından, ölkəmizin günbəgün qüdrətlənən milli ordusundan danışıb, əsgərlərə bu yolda uğurlar arzulayıb.
Tədbirdə həmçinin iştrak edən Qarabağ müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Daşkəsən rayon şöbəsinin sədri Bəxtiyar İsmayılov, müharibə, əmək və silahli qüvvələr veteranlari şurasının rayon təşkilatının sədri Elman Məmmədov, əmək veteranı Əli Cəfərov və çağırışçılardan bir neçəsinin valideynləri çıxış edərək vətənin çağırışına gedən oğulları təbrik edib, onlara xoş istək və arzularını çatdırıb, vətənin hər əmrini canla-başla yerinə yetirmələrini tövsiyə ediblər.
Sonra çağırışçılar müqəddəs kitabımız "Qurani Kərimin" altından keçib. Azərbaycan bayrağını öpərək ordu sıralarına yola düşüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB