Ailələr pulsuz televizor qazana bilər

Ailələr pulsuz televizor qazana bilər

Azərbaycanın ilk rəqəmsal kabel televiziyası operatoru olan "Ailə TV" "Ailə-yə qoşul LCD TV qazan" lotoreyasının davam etdiyini bildirir. SİA-nın xəbərinə görə, müddətsiz olaraq həyata keçirilən lotoreya bütün rəqəmsal yayım abunəçilərinə 10 ədəd LCD TV televizor qazanmaq imkanı verir. Lotoreyada rəqəmsal yayımı izləyən abunəçilər və yeni rəqəmsal dəsti əldə etmiş müştərilər və eyni zamanda HD yayım və rəqəmsal yayıma CAM modul üzərindən qoşulan abunəçilər iştirak edirlər.

Lotoreya çərçivəsində ilk tiraj 2011-ci ilin 20 dekabr tarixində keçirilib. Həmin tirajda 10 nəfər abonent LCD televizor qazanıb. Lotoreya hər bir abunəçi qalib olanadək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə