Müvəkkil Avropa İnsan Hüquqları Məhkəməsinin nümayəndələri ilə görüşüb
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Avropa İnsan Hüquqları Məhkəməsinin Məhkəmə qərarlarının icrası şöbəsinin rəhbəri cənab Özgur Dermanı və sektor müdiri xanım İrene Kitsou Milona ilə görüşüb. SİA-nın xəbərinə görə, müvəkkil qonaqlara Ombudsmanın mandatı, insan hüquqlarının müdafiəsi üzrə fəaliyyətinin əsas istiqamətləri, gördüyü işlər haqqında ətraflı məlumat verib. Ö.Dermanın Avropa Məhkəməsinin qərarlarının Azərbaycanda tətbiqində Ombudsmanın rolu ilə bağlı sualına cavab olaraq qeyd edilib ki, Müvəkkil fəaliyyətində beynəlxalq sənədlərin müddəaları ilə yanaşı, Avropa Məhkəməsinin ölkəmizlə bağlı qərarlarının həyata keçirilməsinə diqqət yetirir.
Milli qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq normativ-hüquqi aktlara uyğunlaşdırılması ilə bağlı Ombudsman təkliflər verir. Avropa Məhkəməsinin qərarlarının Azərbaycan dilinə tərcümə edilib, əhali arasında yayılmasına dəstək verir. Törətdikləri əmələ və müvafiq qanunvericiliyə uyğun, habelə hüquq pozuntusuna yol vermiş KİV nümayəndələrinin cəzalandırılması üzrə dünya təcrübəsində mövcud olan alternativ üsulların tətbiqi ilə bağlı Müvəkkilin təklifləri diqqətə çatdırılıb.
Müvəkkil birinci instansiya məhkəmələrinin hakimləri üçün də treninqlərin təşkilinin, həmçinin sözügedən sahədə inkişafın davamlılığını təmin etmək üçün maddi resurslarla yanaşı, insan resurslarından istifadənin də zəruri olduğunu qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB