"Beynəlxalq Autizm Günü" ilə əlaqədar "İRƏLİ" İctimai Birliyi və "Peşəkar Psixologiya Mərkəzi" tərəfindən birgə "Autizm" adlı videoçarx hazırlanaraq ictimaiyyətə təqdim edilib. "İRƏLİ"-dən SİA-ya verilən məlumata görə, videoçarxın hazırlanmasında əsas məqsəd cəmiyyəti autizm haqqında maarifləndirmək, bu problemə erkən yaşda yanaşılmasını təmin etmək, autistik uşaqların valideyinləri tərəfindən vaxtında mütəxəssis-psixoloqlara müraciət etməsini aşılamaqdır.
Çəkilişdə ictimaiyyət tərəfindən tanınan simalar və mütəxəssislər (Aynur Talıbova, Tünzalə Ağayeva, Zəhra Bədəlbəyli, Miri Yusif, İlkin Həsəni, Roza Zərgərli, Zaur Darabzadə, Samir Kərimoğlu, Azad Şabanov, psixoloqlar – Nuriyyə Quliyeva, Tahibə Quliyeva və Kamil Həmidov) iştirak edib və autizmin əlamətlərini sadalayaraq cəmiyyətə öz mesajlarını çatdırıblar.
Qeyd edək ki, autizm üç yaşından əvvəl başlayan və məhdud davranışlara gətirib çıxaran, beyinin inkişafına təsir edən bir xəstəlikdir. Autizm dünyada böyük bir bəlaya çevilməkdədir. Dəqiq statistikası olmasa belə, hər 150 uşaqdan birinin bu xəstəliyə tutulduğu hesab edilir. O, daha çox nitq və davranışda qeyri-adilik pozuntularla müşayiət olunur. Üç yaşa qədər dövr autizmin aradan qaldırılması üçün ən məqsədə uyğun dövr hesab edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB