Türkiyənin Azərbaycandakı səfirliyində “Çalışma və sosial müdafiə” adlı toplantı keçirilib

Türkiyənin Azərbaycandakı səfirliyində “Çalışma və sosial müdafiə” adlı toplantı keçirilib
Türkiyənin Azərbaycandakı səfirliyində Azərbaycanda fəaliyyət göstərən türk iş adamlarının iştirakı ilə "Çalışma və sosial müdafiə" adlı toplantı keçirilib. SİA-nın məlumatına görə, səfir Hulusi Kılıç iki ölkə arasında iqtisadi, siyasi, mədəni və hərbi sahədə mövcud olan əlaqələrə toxunub. O, keçən il Azərbaycanla Türkiyə arasında qarşılıqlı ticarət dövriyyəsinin həcminin 3 milyard dolları ötdüyünü bildirib: \"Hazırda gün ərzində Bakıdan Türkiyəyə 6 təyyarə reysi həyata keçirilir. Qarşıdakı aylarda Türkiyənin "Pegasus" aviaşirkətinin də iki ölkə arasında aviareysləri həyata keçirməyə başlayacaq. Lakin münasibətlərdə problem yaradan məsələlərdən biri ölkələr arasında işçi qüvvəsinin sərbəst hərəkəti sahəsində anlaşmasının olmamasıdır. Hazırda bu sahədə işlər aparılır və hökumətlərarası sazişin imzalanması gözlənilir".

Təqdimatla çıxış edən Türkiyənin Azərbaycandakı səfirliyinin əmək və sosial məsələlər üzrə müşaviri Mustafa Gür isə Türkiyənin sosial müdafiə sistemi barədə məlumat verib. O qeyd edib ki, hazırda Azərbaycanda 12875 nəfər Türkiyə vətəndaşı qeydiyyatlı, 30971 nəfər isə qeydiyyatsız yaşayır: "4518 nəfərin çalışma icazəsi var ki, onların 1962 nəfəri inşaat layihələrində işləyir: \"Azərbaycanda 20 il ərzində Türkiyə vətəndaşları tərəfindən 3707 şirkət qurulub. Ötən il isə 360 şirkət yaradılıb. Azərbaycanda fəaliyyət göstərən türk şirkətləri 2011-ci ildə 318,9 milyon manat vergi ödəyiblər. Ötən 11 ildə ödənmiş vergilər 1,8 milyard manat təşkil edib və ötən il Türkiyədə azərbaycanlılar tərəfindən 190 şirkət yaradılıb. 2010-cu ilin sonunda Türkiyədə aktiv fəaliyyət göstərən Azərbaycan sərmayəli şirkətlərin sayı 800-dən çox olub".

Bütün xəbərlər Facebook səhifəmizdə