Bir çox işbazlar yazın gəlişini fürsət bilərək saxta toxumlar satırlar. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, mənşəyi bilinməyən toxumları almaq kəndliyə baha başa gələ bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, məhsul əkən fermerlər toxum alarkən onu laboratoriyada yoxlasın sonra torpağa səpsin. Kəndli əkdiyi məhsulun hansı keyfiyyətdə olduğunu əvvəlcədən bilsə, daha çox məhsul əldə edə bilər.
Ölkəyə əsasən Rusiya, Türkiyə və İrandan toxumlar gətirilir. Mütəxəssislər hesab edir ki, bu cür toxumlar belə laboratoriyada yoxlanılmalıdır. Ola bilsin ki, xaricdən gətirilən toxumlar bu ərazinin iqlim şəraitinə uyğun gəlməsin.
Toxum satanlar bildirir ki, xarici toxumlar yerli toxumlardan fərqli olaraq daha çox məhsul verdiyi üçün, bu günkü təlabat əsasən xarici mallarda üstünlük təşkil edir.
Qeyd edək ki, ötən illə müqayisədə bu il bütün kənd təsərrüfatı məhsullarının toxumlarında qiymətlər xeyli bahalaşıb.
Məlumat üçün bildiərk ki, toxum alarkən onun sertifikatı olmalıdır. Sertifikatı olan toxumlarda məhsuldarlıq faizi və sortu bilinir.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB