Bölgələrdə çağırışçılar təntənəli mərasimlə hərbi xidmətə yola salınır

Bölgələrdə çağırışçılar təntənəli mərasimlə hərbi xidmətə yola salınır

Azərbaycan Respublikası Ali Baş Komandanı Prezident İlham Əliyevin sərəncamı ilə çağırış yaşı çatmış gənclərin həqiqi hərbi xidmətə çağırılması ilə bağlı Bərdədə çağırışçıların təntənəli şəkildə hərbi hissələrə yola salınma mərasimi keçirilib.


SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Bərdədə təşkil olunan tədbirdə yüzlərlə gənc yüksək vətənpərvərlik ruhunda vətənin keşiyində durmaq üçün hərbi xidmətə yola düşürlər.

Mərasimdə rayon rəsmiləri, veteranlar, müharibə iştirakçıları və valideynlər iştirak ediblər.


Tədbirdə çıxış edən səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Bərdə şöbəsinin rəisi Valeh Nəcəfov bildirib ki, dövlətin orduya göstərdiyi qayğının nəticəsi olaraq hərbi xidmətdən yayınma halları minimuma enib. Bu gün könüllü olaraq hərbi xidmətə yaşı çatmayan yeniyetmələr də orduya getmək üçün müraciət edirlər.

İndi hər kəs inanır, düşmənin özü belə inanır ki, Azərbaycan silahlı qüvvələrində xidmət edəcək bu gənclər düşmən işğalında olan torpaqlarımızın bir qarışını belə yağı əlində qoymayacaqlar.


Şamxal Cəliloğlu



Bütün xəbərlər Facebook səhifəmizdə