Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsində hesabat seçki yığıncağı keçirilib - FOTO
Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin "Bakı-2" şöbəsinin tərkibinə daxil olan 3 saylı Poçt Filialının Həmkarlar İttifaqı Komitəsində hesabat seçki yığıncağı keçirilib. Qurumdan SİA-ya verilən məlumata görə, iclası giriş sözü ilə "Bakı-2" şöbəsinin sədri Eldar Qasımov açıb.
Daha sonra hesabat məruzəsi ilə çıxış edən məruzəçi Mehriban Hüseynova bildirib ki, əsas diqqət işçilərin əmək şəraitinin yaxşılaşdırılmaq naminə görülən işlərə yönəlib.
Məruzəçi hesabat məruzəsi ilə çıxış edərək filialda son dövrlərdə işçilərin sosial, iqtisadi əmək hüquqlarının qorunması sahəsində bir sıra əhəmiyyətli işlərin görüldüyünü iclas iştirakçılarının nəzərinə çatdırıb. O, həmçinin poçt işçilərinin maddi, sosial vəziyyətinin daha da yaxşılaşdığını qeyd edib. İşçilərin əmək haqqları artırılıb, filialın iqtisadi göstəriciləri ötən ilki dövrlərə nisbətən yaxşılaşdırılıb ki, bu da kollektiv müqavilədə nəzərdə tutulmuş maddi yardım, kompensasiya və güzəştlərin daha uğurla yerinə yetirilməsindən xəbər verir.
İclasda 3 saylı Poçt Filialının rəisi Faiq Fərəcov, Azərbaycan Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin baş texniki müfəttişi Böyükkişi Süleymanov və 3 saylı Poçt Filialının nəzdində olan şöbələrinin işçiləri iştirak edib.
Daha sonra iclasın gündəliyinə uyğun olaraq seçkilər keçirilib. Həmkarlar ittifaqının yeddi nəfər üzvü və təşkilatın sədri Mehriban Hüseynova, həmçinin təftiş komissiyasının tərkib hissəsi və sədri İradə Mehdiyeva seçilib.
İclasın sonunda 3 saylı Poçt Filialının rəisi Faiq Fərəcov çıxış edərək, təşkilatın fəaliyyətini yüksək qiymətləndirib. O işçilərə və yeni seçilmiş sədrə işlərində uğurlar arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB