Otel biznesində qanuni televiziya kontentinin təmin edilməsi mövzusunda seminar keçirilib

Otel biznesində qanuni televiziya kontentinin təmin edilməsi mövzusunda seminar keçirilib

Azərbaycanda otel biznesində qanuni televiziya kontentinin təmin edilməsi mövzusunda seminar keçirilib. SİA-nın xəbərinə görə, seminar bu sahə üzrə ixtisaslaşmış şirkət rnümayəndələrinin iştirakı ilə reallaşdırılıb. \"Nur dünyası\" şirkətinin icraçı direktoru Rərvin Sadıqov tədbiri giriş nitqi ilə açaraq qeyd edib ki, şirkət 2009-cu ildə yaradılıb: "Əsas məqsəd Azərbaycan ərazisində yayımlanan telekanalların leqallaşdırılmasını təmin etməkdir. Artıq bir sıra nüfuzli NTV, NTV+, ORT və s. kimi kanallarla müqavilələr bağlanılıb. Bununla belə Kabel Operatorları Assosiasiyası ilə əməkdaşlıq edilir".


Şirkət rəsmisi bildirib ki, bağlanan müqavilələr tək kabel televiziyaları ilə məhdudlaşmır: "Biz çalışırıq ki, Azərbaycanda qeyri-leqal yayımlara qarşı hüquqi müstəvidə tədbirlər görək".


Daha sonra "Rum Sat" şirkətinin direktoru və digərləri çıxış edərək öz məhsulları haqqında qonaqlara ətraflı məlumat veriblər.


Bütün xəbərlər Facebook səhifəmizdə