Avtomobili kəmərsiz idarəyə görə 40 manat

Avtomobili kəmərsiz idarəyə görə 40 manat

Azərbaycanda bəzi yol hərəkət qaydalarının pozuntularına görə cərimələrin məbləği artırılacaq.


Milli Məclisdən verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişiklikləri nəzərdə tutan qanun layihəsi təqdim olunub.


Layihədə təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarəetməyə görə cərimənin məbləği 40 manat müəyyən olunur (Qüvvədə olan qanunvericilikdə bu cərimənin məbləği 15 manatdır).


Həmçinin, yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşmaya görə cərimələrin məbləği artırılıb. Belə ki, yolda müəyyən edilmiş hərəkət sürətini 10-30 km/saat həddində aşmağa görə 20 manat (Hazırda qüvvədə olan qanunda bu pozuntuya görə 15 manatdan 20 manata qədər cərimə nəzərdə tutulur), hərəkət sürətini 30-60 km/saat həddində aşmağa görə 100 manat (Hazırda qüvvədə olan qanunda bu pozuntuya görə 20 manatdan 40 manata qədər cərimə nəzərdə tutulur), hərəkət sürətini 60 km/saat həddindən artıq aşmağa görə 150 manat (Hazırda qüvvədə olan qanunda bu pozuntuya görə 40 manatdan 60 manata qədər cərimə nəzərdə tutulur) miqdarında cərimə müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə