\"Azərbaycan Hava Yolları\" QSC Türkiyənin bir sıra kurort şəhərləri istiqamətində mövsümi reysləri bərpa edir

\"Azərbaycan Hava Yolları\" QSC Türkiyənin bir sıra kurort şəhərləri istiqamətində mövsümi reysləri bərpa edir

\"Azərbaycan Hava Yolları\" QSC Türkiyənin bir sıra kurort şəhərləri istiqamətində mövsümi reysləri bərpa edir. QSC-dən SİA-ya verilən məlumata görə, \"Azərbaycan Hava Yolları\" mayın 27-dən sentyabrın 30-dək Bakı-Antalya-Bakı marşrutu üzrə birbaşa aviareyslər həyata keçirəcək. Təyyarə paytaxtdan hər gün (çərşənbə günündən başqa) yerli vaxtla saat 11:10-da uçacaq. Hər iki tərəfə aviabiletin minimum qiyməti 497 manatdır.

Həmçinin, iyunun 14-dən sentyabrın 13-dək Bakı-Bodrum-Bakı marşrutu üzrə gündəlik aviareyslər də bərpa ediləcək. Təyyarə Bakıdan saat 11:50-də uçacaq. Hər iki tərəfə biletin dəyəri 493 manat təşkil edir.

QSC iyunun 5-dən sentyabrın 8-dək Bakı-İzmir-Bakı marşrutu üzrə uçuşların reallaşdırılmasını da təmin edəcək. Təyyarə paytaxtdan Bakı vaxtı ilə saat 10:50-də uçacaq. Biletlərin minimum qiyməti 341 manatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə