Avropa Gənclər Forumunun prezidenti Azərbaycanda səfərdədir

Avropa Gənclər Forumunun prezidenti Azərbaycanda səfərdədir

Avropanın ən böyük gənclər platforması olan Avropa Gənclər Forumunun prezidenti Peter Matjasic Gənclər Təşkilatları Milli Şurasının rəhbərliyi və üzv təşkilatları ilə görüşəcək. Milli Şuranın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə Avropa ilə Azərbaycan gənclər təşkilatları arasında əlaqələr haqqında fikir mübadiləsi aparılacaq.

Bundan başqa, Azərbaycan gənclərinin, o cümlədən avropalı gənclərin ikitərəfli görüşlərinin daha da intensivləşməsi məsələləri, Gənclər Təşkilatları Milli Şurası ilə Avropa Gənclər Forumu arasında ikitərəfli məsələlər müzakirə ediləcək.

Qeyd edək ki, Avropa Gənclər Forumu Avropada mövcud ən böyük gənclər təşkilatlarını öz ətrafında birləşdirir. Gənclər Təşkilatları Milli Şurası Azərbaycandan bu təşkilatın yeganə və tam hüquqlu üzvüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə