Binəqədi rayonunda içməli su ilə təmin edən magistral su xəttinin bir hissəsi dəyişdirilir
"Azərsu" Acıq Səhmdar Cəmiyyəti tədbirlər planına uyğun olaraq paytaxtın Binəqədi rayonunda 7-ci və 8-ci mikrorayonlarını içməli su ilə təmin edən magistral su xəttinin bir hissəsinin dəyişdirilməsinə başlayıb. Cəmiyyətin məbuat xidmətindən SİA-ya verilən məlumata görə, Binəqədi Mərkəzi Nasosxanasından Z.Bünyadov küçəsinə qədər 4 kilometr uzunluğunda metal borulardan ibarət olan magistral su kəmərinin Ə.Rəcəbli küçəsindən keçən 700 metrlik hissəsi korroziyaya uğradığından vaxtaşırı su itkiləri yaranırdı.
Hazırda həmin metal borular 900 mm diametrlik polietilen borularla əvəzlənir. Bununla paralel olaraq həmin ərazidə yaşayış massivlərini içməli su ilə təmin etmək məqsədi ilə 300 mm diametrlik polietilen borularla 500 metr uzunluğunda köməkçi magistral kəmər də çəkilir.
Tədbirlər planına uyğun olaraq tikinti-quraşdırma işlərinin yaxın günlərdə başa çatdırılması nəzərdə tutulur. Bununla da Binəqədi rayonunda 7-ci və 8-ci mikrorayonların içməli su təchizatı yaxşılaşacaq və su itkilərinin qarşısı alınacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB