“İrəli” İctimai Birliyi nəzdində İqtisad Mərkəzi fəaliyyətə başlayıb

“İrəli” İctimai Birliyi nəzdində İqtisad Mərkəzi fəaliyyətə başlayıb

"İrəli" İctimai Birliyi nəzdində İqtisad Mərkəzi fəaliyyətə başlayıb. Birliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, İqtisad Mərkəzinin məqsədi iqtisadiyyat, biznes, marketinq və maliyyə sahələrinə marağı olan gəncləri bir araya gətirmək, onların biliklərinin artırılmasına yardım göstərmək, bu sahələr üzrə yeni, kreativ layihələr reallaşdırmaq və şirkətlərə müstəqil consaltinq fəaliyyət göstərməkdir. Mərkəz daxilində "Marketinq klubu", "Biznes klubu", "İqtisadi Tədqiqatlar klubu" və "Maliyyə klubu" fəaliyyət göstərəcək.

Qeyd edək ki, "İrəli" İqtisad Mərkəzi yaxın günlərdə İqtisadi Tədqiqatlar, Marketinq Akademiyası, Marketinq debatlar, Biznes təlimləri və maliyyə üzrə layihələrə start verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə