Bakıda oğurluq edən qadın həbs edilib

Bakıda oğurluq edən qadın həbs edilib

Bakıda oğurluq edən qadın həbs edilib. SİA-nın Daxili İşlər Nazirlyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, 79 №-li xətt avtobusunda Bakı şəhər sakini Sənan Bağırovun 47 manat pulunu açıq yolla talayıb avtobusdan düşüb gedərkən Sumqayıt şəhər sakini Ziba Quliyeva Nəsimi RPİ 20-ci PB əməkdaşları tərəfindən tutulub. Z.Quliyevanın ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun həmin gün qeyd edilən avtobusda Bakı şəhər sakini Türkan Məmmədovanın çantasından 63 manat pulu oğurlaması da müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə