Ceyhun Osmanlı Macarıstanda keçiriləcək forumda iştirak edəcək

Ceyhun Osmanlı Macarıstanda keçiriləcək forumda iştirak edəcək

5-8 aprel tarixində "Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu" (ASAIF)-intəşkilatçılığı ilə Macarıstanın paytaxtı Budapeşt şəhərində növbəti forum keçiriləcək. SİA-nın xəbərinə görə, forumun 1-ci günü 6 aprel tarixində Budapeştdə Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə gənclərin səmimi dialoqu ilə başlanılması planlaşdırılan forum, Macarıstan parlamentindəki açılış mərasimi ilə öz işini davam etdirəcək. Açılışda gənclər və idman naziri Azad Rəhimov, Prezident Adminstrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı Şöbəsinin müdiri Elnur Aslanov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, millət vəkili Ceyhun Osmanlı və bir çox digər millət vəkilləri, Macarıstan rəsmiləri və parlamentarilərinin, həmçinin bir çox media strukturlarının rəhbər heyətləri, biznes struktur rəhbərləri, ictimai xadimlər və müxtəlif sahələrdən olan qonaqların iştirakı nəzərdə tutulub. Axşam ziyafətindən sonra təşkil olunacaq Azərbaycan mədəniyyət gecəsində ölkəmizin mədəniyyət inciləri, musiqisi və incəsənət nümunələri nümayiş etdiriləcək.

Forumun 2-ci günündə 7 aprel tarixində gənclər öz fikirlərini, qarşılaşdığı problemləri, təklif və ideyalarını Azərbaycanın dövlət rəsmiləriylə bölüşəcəklər. Eyni zamanda, ASAIF-in xarici ölkələr üzrə nümayəndələrinin məruzələri və 4 fərqli mövzunu əhatə edən işçi qruplar üzrə müzakirələrin keçirilməsi nəzərdə tutulub. Günün sonunda təntənəli bağlanış mərasimi ilə forumun işinə yekun vurulacaq. Bağlanış mərasimində iştirakçılara müxtəlif sertifikatlar, hədiyyələr və bir çox fərqli mükafatlar veriləcək.


Bütün xəbərlər Facebook səhifəmizdə