Avropa Gənclər Forumunun prezidenti Peter Matjasic Azərbaycanda səfərdədir. Avropanın ən böyük gənclər platforması olan Avropa Gənclər Forumunun prezidenti Peter Matjasic ölkəmizə səfəri çərçivəsində Gənclər Təşkilatları Milli Şurasının rəhbərliyi və üzv təşkilatları ilə görüşəcək.
ARGTMŞ-dan SİA-ya verilən məlumat görə, görüşdə Avropa ilə Azərbaycan gənclər təşkilatları arasında əlaqələr haqqında fikir mübadiləsi aparılacaq. Bundan başqa Azərbaycan gənclərinin, o cümlədən Avropalı gənclərin ikitərəfli görüşlərinin daha da intensivləşməsi məsələləri, Gənclər Təşkilatları Milli Şurası ilə Avropa Gənclər Forumu arasında bir sıra ikitərəfli məsələlər müzakirə ediləcək.
Qeyd edək ki, Avropa Gənclər Forumu Avropada mövcud ən böyük gənclər təşkilatlarını öz ətrafında birləşdirir.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Azərbaycandan bu təşkilatın yeganə və tam hüquqlu üzvüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB