Gəncə bazarı ASC-də təhlükəsizlik tədbirləri gücləndirilib. 1 fevral tarixində ərazidə baş verən yanğından sonra Gəncənin mərkəzi bazarında təhlükəsizlik tədbirləri artırılıb. SİA-nın bölgə müxbirinin məlumatına görə, bazarın içi və ətrafında kameralar quraşdırılıb. Bundan əlavə baş verə bilcək yanğının qarşısını almaq üçün əlavə tədbirlər görülüb.
Aparılan təhlükəsizlik tədbirləri ilə yanaşı yanan ərazilərdə yenidən tikinti işlərinə start verilib.
Təxminən bir ay ərzində yararsız hala düşən obyektlər yenidən təmir edilərək sahibkarların ixtiyarına veriləcək.
Ümumilikdə tikinti işlərinin may ayının sonuna kimi tam yekunlaşdırılması nəzərdə tutulur.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB