Avropalı həmsədrlər Ermənistanın “Eurovision-2012” mahnı müsabiqəsində iştirak etməməsinə münasibət bildirdi

Avropalı həmsədrlər Ermənistanın “Eurovision-2012” mahnı müsabiqəsində iştirak etməməsinə münasibət bildirdi

Avronest Parlament Assambleyasının Bakıda keçirilən II plenar sessiyası çərçivəsində Ermənistan nümayəndə heyətinin təhlükəsizliyi yüksək səviyyədə təmin olunub. SİA-nın xəbərinə görə, bunu Avronest Parlament Assambleyasının (PA) həmsədri Kristian Vigenin qurumun Bakıda keçirilən II sessiyasının yekunlarına dair keçirilən mətbuat konfransında deyib. O, Ermənistanın \"Eurovision\"da iştirakdan imtina etməsinə münasibət bildirərək bu zaman onların təhlükəsizliyinin necə qorunacağından xəbəsiz olduğunu deyib. "Əgər Ermənistan Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsində iştirak etsəydi, o zaman bu ölkə təmsilçisinin təhlükəsizliyi də bu cür təmin olunardı. Mən isə belə boykotları xoşlamıram".

Təhlükəsizliklə bağlı sualı cavablandırmaqdan imtina edən həmsədr Boris Tarasyuk isə buna Azərbaycanın xüsusi xidmət orqanlarının cavab verməli olduğunu deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə