“Siz tək deyilsiniz!” - Tənha insanlara sosial və psixoloji dəstək layihəsinə start verildi

“Siz tək deyilsiniz!” - Tənha insanlara sosial və psixoloji dəstək layihəsinə start verildi

Azərbaycan Respublikası "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının malıyyə dəstəyi ilə 02 aprel 2012-ci il tarixindən - 02 avqust 2012-ci il tarıxinə kimi "Siz tək deyilsiniz!" Tənha insanlara sosial və psixoloji dəstək layihəsini həyata keçirəcək.

Layihənin drektoru, Azərbaycan Respublikası "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondunun prezidenti Sərraf Oruc SİA-ya həyata keçiriləcək layihənin əsas məqsədi haqqında məlumat verərək uşaq evlərində, internat məktəblərdə yaşayan, valideyinlərini itirmiş və valideyin himayəsindən məhrum olmuş uşaq və gənclərin, həmçinin, övladları və yaxın qohumları tərəfindən müəyyən səbəblərlə aldadılaraq əmlakları əlindən alınıb qocalar evlərinə və küçələrə atılmış insanların tibbi-sosial məsələləri ilə bağlı yaranmış problemlərin həllinə hüquqi köməklik göstərməkdən ibarət olduğunu bildirib.

Layihənin icrası ilə əlaqədar adiyyəti təşkilatlara yazılı sürətdə məlumat verilib. S.Oruc ümüd etdiyini bildirib ki, "Siz tək deyilsiz!" Tənha insanlara sosial və psixoloji dəstək layihəsi sahəsində görüləcək işlər Azərbaycan Respublikasının aztəminatlı vətəndaşlar barəsində nəzərdə tutulmuş dövlət siyasətininə və ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına dəstək olacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə