Azər Kərimli: \"Azərbaycan inteqrasiyaya maraqlı olan ölkələrdən biridir\" - MÖVQE
Azərbaycan hər zaman Avropa və digər Şərq tərəfdaşlığı ölkələri ilə birgə inteqrasiyaya maraqlı olan ölkələrdən biridir. SİA-nın xəbərinə görə, bunu millət vəkili Azər Kərimli deyib.
O bildirib ki, bu günə kimi Azərbaycanda bu istiqamətdə müəyyən işlər görülüb. Millət vəkilinin sözlərinə görə, ən böyük işlərdən biri də Azərbaycanın öz qanunvericilik bazasının Avropa Birliyi qanunvericilik bazası ilə uyğunlaşdırmasıdır. Digər Şərq Tərəfdaşlığı ölkələri də bu məsələdə Azərbaycanın təcrübəsinə qoşula bilərlər.
A.Kərimli əlavə edib ki, Avronest Parlament Assambleyasının (PA) komitə iclasında Azərbaycan və Ermənistan nümayədə heyəti tərəfindən edilən təkiflər qarşılıqlı razılaşmaya əsasən aradan qaldırılıb və onlar müzakirə olunmayıb: "Nə olursa olsun, hər şeyi öz adı ilə çağırmaq lazımdır. Azərbaycan nümayəndə heyətinin müzakirə zamanı məruzəyə verdiyi dəyişikliyi görmək istmədik. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normalarına uyğun həll olunmayıb. Bir sıra beynəlxalq qurumların qətnamələri qəbul olunmayıb. Azərbaycan-Ermənistan arasında iqtisadi əməkdaşlıqdan danışmaq mümkün deyil. İşğal altında olan torpaqlar qaytarılmayınca "Şərq Tərəfdaşlığı" çərçivəsində Azərbaycanla Ermənistanın əməkdaşlığı qeyri-mümkündür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB