Sayğac sxemlərinə müdaxilə hallarının qarşısı alınır

Sayğac sxemlərinə müdaxilə hallarının qarşısı alınır
Sayğac sxemlərinə müdaxilə hallarının qarşısının alınması istiqamətində bir çox təsirli tədbirlər uğurla davam etdirilir. "Azərenerji" ASC-dən SİA-ya verilən məlumata görə, Qazax elektrik şəbəkəsində (EŞ) cari ilin ötən iki ayı ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 42 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilib. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılıb və 207,5 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 12,5 min manata yaxın istehlak dəyəri bərpa edilıb. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 81 faizə yaxın hissəsinin ödənişi hesabat dövründə təmin edilib və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir. O cümlədən, cari ilin fevral ayında 20 qayda pozuntusuna görə 60 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 3,6 min manata yaxın istehlak dəyəri bərpa edilib və hesabat ayında həmin bu məbləğlə yanaşı ötən ayların aktlarına görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilib.

Qeyd edək ki, 2011-ci il ərzində sözügedən qayda pozuntusuna görə 198 akt tərtib olunub 1 milyon 349,8 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 80,9 min manatdan artıq istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 96 faizə yaxın hissəsinin ödənişi təmin edilib və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Ağstafa EŞ-dən əldə edilən məlumata görə, cari ilin ötən iki ayı ərzində keçirilmiş reydlər zamanı 33 istehlakçının sayğac uçot

komplektində pozuntu faktı aşkar edilib. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılıb və 87,2 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 5,2 min manatdan çox istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğlə yanaşı, ötən ayların aktlarına görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin

edilib. O cümlədən, cari ilin fevral ayında keçirilmiş reydlər zamanı isə 19 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 48,1 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 2,8 min manatdan çox istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat ayında həmin bu məbləğin ödənişi təmin edilib.

Onu da qeyd etmək yerinə düşərdi ki, ötən il ərzində keçirilmiş reydlər zamanı 343 qayda pozuntusu faktı aşkar edilərək müvafiq qaydada aktlaşdırılıb. Nəticədə 1 milyon 246,4 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 74,7 min manatdan artıq istehlak dəyəri bərpa edilib. Hesabat dövründə həmin bu məbləğin 65 faizdən artıq hissəsinin ödənişi təmin edilib və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Mənbələrdən qayda pozuntularının təsnifatı və istehlakçı qrupu barədə əldə etdiyimiz məlumata istinadən onu da bildirək ki, elektrik enerjisindən yenə də kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil etmiş və ən çox qayda pozuntusu məişət abonenti (əhali) istehlakçı qrupunda aşkar edilib.

Yeri gəlmişkən, sözü gedən şəbəkələr üzrə cari ilin fevral ayında aşkar edilmiş qayda pozuntularına görə, Ağstafa EŞ-dən 2 istehlakçı barəsində toplanmış sənədlər tədbir görülməsi məqsədilə hüquq-mühafizə orqanlarına göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com