42 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilib
Qazax elektrik şəbəkəsində (EŞ) cari ilin ötən iki ayı ərzində keçirilmiş reydlər zamanı 42 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilib. "Azərenerji" ASC-dən SİA-ya verilən məlumata görə, aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılıb və 207,5 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 12,5 min manata yaxın istehlak dəyəri bərpa edilib. Bunun 81 faizə yaxın hissəsinin ödənişi hesabat dövründə təmin olunub.
Qeyd edək ki, 2011-ci il ərzində sözügedən qayda pozuntusuna görə 198 akt tərtib olunmuş, 1 milyon 349,8 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 80,9 min manatdan artıq istehlak dəyəri bərpa edilib. Bu məbləğin isə 96 faizə yaxın hissəsinin ödənişi təmin edilib. Ağstafa EŞ-də cari ilin iki ayı ərzində keçirilmiş reydlər zamanı 33 istehlakçının sayğac uçot komplektində pozuntu faktı aşkarlanıb və qayda pozuntuları müvafiq qaydada aktlaşdırılaraq 87,2 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 5,2 min manatdan çox istehlak dəyəri bərpa edilib.
Ötən il ərzində keçirilmiş reydlər zamanı burada 343 qayda pozuntusu faktı aşkar edilərək müvafiq qaydada aktlaşdırılıb. Nəticədə 1 milyon 246,4 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 74,7 min manatdan artıq istehlak dəyəri bərpa edilib. Bunun 65 faizdən artıq hissəsinin ödənişi təmin olunub.
Elektrik enerjisindən yenə də kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil edib və ən çox qayda pozuntusu məişət abonenti (əhali) istehlakçı qrupunda aşkar olunub.
Yeri gəlmişkən, sözü gedən şəbəkələr üzrə cari ilin fevral ayında aşkar edilmiş qayda pozuntularına görə Ağstafa EŞ-dən 2 istehlakçı barəsində toplanmış sənədlər tədbir görülməsi məqsədilə hüquq-mühafizə orqanlarına göndərilib.
.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB