“Qədim Azərbaycan Mədəniyyəti Tarixi” kulturoloji seminarı keçirilib
Bu gün Qərb Universitetində "Qədim Azərbaycan Mədəniyyəti Tarixi" mövzusunda kulturoloji seminar keçirilib. SİA xəbər verir ki, seminarda tarix elmləri doktoru, kulturoloq Fuad Məmmədov çıxış edərək tədbirin mahiyyəti barədə iştirakçılara ətraflı məlumat verib.
Toplantıda "Antik Azərbaycan mədəniyyəti tarixi", "Qobustan abidələrinin mədəni-tarixi interpretasiyası", "Azərbaycan və insan sivilizasiyasının mənbələri" mövzularında məruzələr səsləndirilib, müzakirələr aparılıb. Bundan başqa, toplantı zamanı \"Azərbaycan mədəniyyətinin tarixi: tarix və müasirlik" mövzusunda dəyirmi masa da təşkil olunub.
Seminarda alimlər, müəllim və tələbələr, \"Simurq\" Azərbaycan mədəniyyət Assosiasiyasının üzvləri, QHT, yaradıcı və həmkarlar ittifaqlarının, bələdiyyələrin, qadın, dini təşkilatlar və KİV-nin nümayəndələri iştirak edib.
Aynurə Asimqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB