“İRƏLİ” İctimai Birliyi BMT-nin beynəlxalq forumunda iştirak edib- FOTO
18-23 Mart 2012-ci il tarixlərində İtaliyanın paytaxtı Roma şəhərində keçirilən beynəlxalq simuliyasiya oyunlarından olan BMT-nin Roma Modeli üzrə "Gələcəyə Yeni Baxış: İnkişaf-Resurslar-Əməkdaşlıq" adlı beynəlxalq forum başa çatıb. Forumda "İRƏLİ" İctimai Birliyinin Beynəlxalq Əlaqələr üzrə katibi Cavid Osmanlının başçılığı ilə 4 nəfərdən ibarət nümayəndə heyəti -Toğrul Yaqublu, Nəzrin Nemətzadə, Rüfət Hüseynzadə təmsil olunub. Sözügedən qurumdan SİA-ya verilən məlumata görə, tədbirdə 50-dən yuxarı ölkənin 400-dən çox nümayəndəsi iştirak edib.
Tədbir iştirakçıları dörd panel üzrə-"İqlim Dəyişikliyi" ,"Müasir Texnologiyaların İnkişafı", "Nüvə materialları və texnologiyanın yayılmasının qarşısının alınması" və "Davamlı İnkişafa nail olmaq istiqamətində gənclərin rolu" mövzuları ətrafında müzakirələr aparıblar. Sonda tədbirin dörd qətnaməsi qəbul olunub.
Eyni zamanda təşkilatçılar sırasında yer alan İtaliyanın ən böyük gənclər təşkilatlarından biri "Giovani Nel Mondo" ilə "İRƏLİ" İctimai Birliyi arasında görüş keçirilib. Əldə olunan razılaşmaya əsasən Azərbaycandan ilk dəfə olaraq "İRƏLİ" İctimai Birliyi BMT-nin Roma Modeli beynəlxalq simulasiya oyununda hər il yeni heyətlə təmsil olunacaq.
Qeyd edək ki, hər il Romada keçirilən forum BMT-nin Roma Modeli gənclərin beynəlxalq simulyasiya oyunlarıdır. Bu forumda dünyanın müxtəlif ölkələrindən olan 1000-ə yaxın gənc bir araya gələrək iqtisadiyyat, beynəlxalq əlaqələr və diplomatiya sahəsində müxtəlif simulyasiya oyunlarında iştirak edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB