Avronest-in həmsədrləri sessiyanın Azərbaycanda keçirilməsini yüksək qiymətləndirib

Avronest-in həmsədrləri sessiyanın Azərbaycanda keçirilməsini yüksək qiymətləndirib

\"Avronest Parlament Assambleyasının ikinci sessiyanın Bakıda keçirilməsi Azərbaycanın Avropaya inteqrasiyasının əsas göstəricilərindən biridir\". SİA-nın xəbərinə görə, bunu Avronest PA-nın İqtisadi inteqrasiya, hüquqi yaxınlaşma və Avropa İttifaqı siyasətləri ilə uyğunluq üzrə komitənin həmsədri Vetslav İonika deyib. O bildirib ki, qonaqlar Bakıda olduqları az müddətdə bu ölkənin necə sürətlə inkişaf etdiyinin şahidi olublar: "İnanırıq ki, bu iclasda müzakirə olunan məsələlər də qarşıya qoyulan məqsədlərə nail olmaqda işimizi xeyli asanlaşdıracaq və mövcud problemlərin həllinə təkan verəcək".

Avronest PA-nın Siyasi məsələlər, insan hüquqları və demokratiya üzrə komitəsinin iclasında çıxış edən həmsədrləri Gunnar Hökmark və xanım Çiora Taktakaşvili tədbirə ev sahibliyi edən Azərbaycana minnətdarlıqlarını bildiriblər. Həmsədrlər qeyd ediblər ki, Azərbaycan sürətlə inkişaf edən, Avropaya inteqrasiya yolu tutan ölkədir. Bu inkişaf avropalı deputatlar tərəfindən yüksək qiymətləndirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə