Bu aydan etibarən Gürcüstanda "Azərbaycanın mədəni irsi" adlı silsilə seminarlar həyata keçiriləcək. Miras İctimai Birliyindən SİA-ya verilən xəbərə görə, bu barədə qurumun Gürcüstan üzrə təmsilçisi Elnur Əlioğlu məlumat verib. Keçirilən seminarlar "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin həyata keçirtdiyi "Dünyada mənim Vətənim" layihəsi çərçivəsində baş tutacaq.
E. Əlioğlu verdiyi məlumatda bildirib ki, hər həftənin şənbə və bazar günü olmaqla, ayda 8 dəfə keçirilməsi nəzərdə tutalan seminarlar, azərbaycanlı və gürcü mütəxəssisləri tərəfindən keçiriləcək.
\"Keçirilən seminlarda Azərbaycanın mədəni irsi və adət ənənələri, Azərbaycan dili və ədəbiyyatı, Gürcüstan-Azərbaycan əməkdaşlığı-sosial məsələlər mövzularına daha çox toxunulacaq"- deyə o əlavə edib.
Qeyd edək ki, ilk seminarın aprel ayının 20-21 tarixlərində keçirilməsi planlaşdırılıb.
Seminarda "Miras" İctimai birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin və eyni adlı birliyin Gürcüstan təmsilçisi Elnur Əlioğlunun məruzə etməsi gözlənilir.
Məlumat üçün bildirək ki, seminar iştirakçılarına sonda sertifikat veriləcək.
Xatırladaq ki, "Dünyada mənim Vətənim" layihəsinin əsas məqsədi Azərbaycanı, azərbaycançılıq ideyasını, ölkəmizin keçmiş və bugünki tarixini, mədəniyyətini dünya ictimaiyyətinin nəzərinə daha dolğun şəkildə çatdırmaq, gənclərin dünya görüşünü, həyata baxış tərzlərini və onların mədəniyyət ocaqlarına qarşı marağını artırmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB