Azərbaycanla bağlı kitablar Dubay Əmirliyinin Mərkəzi Kitabxanasına təqdim edilib

Azərbaycanla bağlı kitablar Dubay Əmirliyinin Mərkəzi Kitabxanasına təqdim edilib

Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyətinin sǝdri Samir Imanov 31 martAzərbaycanlıların soyqırımı günü ilə bağlı Dubay Əmirliyinin Mərkəzi Kitabxanasının müdiri İsa Əhməd Əl-Mulla ilə görüşüb. SİA-nın xəbərinə görə, görüşdǝ hǝmçinin Dubayın dövlǝt aparatının ictimaiyyǝtlǝ iş üzrǝ idarǝ rǝisi Əhmǝd Əl-Zahiri vǝ digǝr rǝsmi şǝxslǝr iştirak ediblǝr. Görüş zamanı Samir Imanov onlara ermǝnilǝrin Azǝrbaycan xalqına qarşı hǝyata keçirdiklǝri soyqırım aktları vǝetnik tǝmizlǝmǝsiyasǝti haqda ǝtraflı mǝlumat verib.Kitabxanaya 31 mart hadisələrindən bəhs edən ərəb və ingilis dillǝrində kitablar, "Azərbaycan həqiqətləri 1917-1920-ci illərdə ", AzərTac tərəfindən 5 dildə yeni hazırlanan " XocalıXX əsrin soyqırımı ", "Azərbaycan tolerantlıq məkanı ", Erik Fayqlın ingilis dilində yazdığı "İpək Yolu Odlar Yurdundan keçərək - Azərbaycan tarixi" kitablarını və erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdikləri vəhşilikləri əks etdirən çoxlu sayda sənəd, material və fotoşəkillər təqdim olunub.

"Cǝmiyyǝt" rǝhbǝrinin adindan hǝmçinin martin 30-da BƏƏ Parlamentinin yeni seçilmiş sǝdri Mǝhǝmmǝd Əhmǝd Əl-Mura, Dubayın şeyx aparatının ( Divanin ) baş müdiri Mǝhǝmmǝd İbrahim Əl-Ṣeybaniyǝ, Dubayın insan hüquqları komitǝsinin sǝdri Mǝhǝmmǝd Abdullaya 31 mart soyqırımı ilǝ bağlı bǝyanatlar göndǝrilib. Bǝyanatda son 200 ildǝ ermǝnilǝrin Azǝrbaycan xalqına qarşı hǝyata keçirdiklǝri soyqırım aktları haqda ǝtraflı mǝlumat verilib vǝ bu çirkli siyasǝtin nǝticǝsində 10 minlǝrlǝ dinc sakinin vǝhşicǝsinǝ qǝtlǝ yetirilmǝsi haqda ǝtraflı mǝlumat verilib. Bǝyanatda o da qeyd olunub ki, Azǝrbaycan xalqının ümummilli lideri Heydǝr Əliyevin sǝyi nǝticǝsindǝ ermǝnilǝrin törǝtdiklǝri genosid vǝ soyqırımı aktlarına hüquqi-siyasi qiymǝt verilib vǝ onun 1998-ci ilin martın 26-da verdiyi sǝrǝncama ǝsasǝn hər il Azərbaycanda martın 31-i azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində rǝsmǝn qeyd edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə