Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyi layihənin icrasına başladı

Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyi layihənin icrasına başladı

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının malıyyə dəstəyi ilə Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyi tərəfindən 02 aprel 2012-ci il tarixdən 09 oktyabr 2012-ci il tarixə kimi keçiriləcək "Müharibədən zərər çəkmiş ailələrin sosial problemlərin həllinə hüquqi dəstək" layihəsinin icrasına başlanılıb.

SİA-nın İctimai Birlikdən aldığı məlumata görə, layihənin əsas məqsədi "Müharibədən zərər çəkmiş və aztəminatlı ailələrə edilən güzəştlər" haqqında Azərbaycan Respublikası qanununun Bakı şəhərində tətbiq olunmasna nəzarət etmək və bu sahədə müharibədən zərər çəkmiş və aztəminatlı şəhid, əlil, qaçqın və məcburi köçkünlərin ortaya çıxmış sosial problemlərinin həllinə kömək etmək. Digər istiqamətlər isə bunlardır:

- "Müharibədən zərər çəkmiş və aztəminatlı ailələrə edilən güzəştlər" haqqında qanunların Bakı şəhərində aidiyyəti orqanlar tərəfindən tətbiq olunub-olunmamasını araşdırmaq və regionlarda yaşayan müharibədən zərər çəkmiş və aztəminatlı şəhid, əlil, qaçqın və məcburi köçkünlərə şamil edilmiş hüquqları haqqında qanunları öyrətmək məqsədi ilə marifləndirmə işləri görmək;

- Müharibədən zərər çəkmiş vətəndaşlarlara kömək etmək istiqamətində fəaliyyət göstərən Qeyri Hökumət Təşkilatlarının rəhbərləri ilə birlikdə, adiyəti olan təşkilatlarla əməkdaşlıq edilərək, müharibədən zərər çəkmiş vətəndaşlarlara diqqət və qayğını gücləndirmək;

- 1994-cü ildən sonra cəbhə bölgəsində Atəşgahın ermənilər tərəfindən pozulması nəticəsində şəhidlər olmuş, vəfat etmiş ailələrə və maddi ziyan dəymiş ailələrə sosial problemlərinə hüquqi dəstək vermək;

- Qarabağ ağrısını və tarixi abidələrimizi gənclərə təbliğ etməklə gənclərin hərbi vətənpərvər ruhunda tərbiyə olunması məqsədi ilə konfranslar və sil-silə görüşlər təşkil edərək əhali arasında maarifləndirmə işləri aparmaq;

- Müharibədən zərər çəkmiş və aztəminatlı şəhid, əlil, qaçqın və məcburi köçkün ailələrin sosial problemlərinin həllinə köməklik göstərmək üçün Qaçqın və Məcburi Köçkünlərin Dövlət Komitəsi, Dağlıq Qarabağın Azərbaycan İcması və başqa aidiyyatı olan hökumət təşkilatları ilə birgə əməkdaşlıq etməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə